Qarabağ savaşı ilə bağlı İNANILMAZ DETALLAR: Eyni anda 20 təyyarə qaldırdıq və… – VİDEObackend

Qarabağ savaşı ilə bağlı İNANILMAZ DETALLAR: Eyni anda 20 təyyarə qaldırdıq və… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan pilotsuz “An-2” təyyarələrindən Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqelərini aşkarlamaq üçün aktiv şəkildə istifadə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan ordusunun yüksəkrütbəli hərbi qulluqçuları İTV-yə danışıblar.

Döyüş əməliyyatlarının gedişində Ermənistan Müdafiə Nazirliyi elə başa düşüb ki, hər gün Azərbaycan ordusunun qırıcı-bombardmançılarını vuraraq sıradan çıxarır. Lakin daha sonra üzə çıxıb ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri Azərbaycanın pilotsuz “An-2” təyyarələrini vurur və nəticədə öz mövqelərini üzə çıxarmış olub.

Məhz bu unikal fənd sayəsində Azərbaycan Ordusu düşmənin hava hücumundan müdafiə sistemini məhv etməyi bacarıb.

Musavat.com