Qarabağ separatçılarının başına o gətirilə bilər – Özü də İSTƏYİRbackend

Qarabağ separatçılarının başına o gətirilə bilər – Özü də İSTƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ separatçıları “növbədənkənar seçkilər” keçirəcəyi təqdirdə Artur Tovmasyan qondarma rejimin “prezidenti” seçkilərində iştirak edəcək.

NOCOMMENT “Modern.az”a istinadla xəbər verir ki, bu barədə Qarabağ separatçılarına yaxın saytlar məlumat yayıblar.

Artur Tovmasyan hazırda Qarabağ separatçılarının qondarma “parlament”inə başçılıq edir.

Maraqlıdır ki, A.Tovmasyanın özü də mövcud böhranlı vəziyyətdən çıxmaq üçün “növbədənkənar parlament və prezident seçkiləri”nin keçirilməsi ilə bağlı danışıqları istisna etməyib.

Deyib ki, əgər “parlament və prezident seçkiləri” keçirilsə, o, namizədliyini mütləq irəli sürəcək.

Tovmasyanın sözlərinə görə, siyasi təcrübəsi və keçdiyi yolu nəzərə alaraq, bunu mümkün hesab edir.
“Mən həm “növbədənkənar parlament”, həm də “növbədənkənar president” seçkilərində mütləq namizəd kimi iştirak edəcəyəm, təbii ki, ilk növbədə siyasi qüvvəmizlə və geniş ictimai dairələrlə məsləhətləşərək”, – Artur Tovmasyan bildirib.

Qeyd edək ki, bəzi erməni xəbər saytları Qarabağ separatçılarının hazırkı başçıları Arayik Arutyunyan və Ruben Vardanyanın yaxın aylarda “yola salınacağı” iddiasını tirajlayıb. Bildirilir ki, bu məsələ Ermənistanın baş naziri Nikol Paşinyanın xeyir-duası ilə gerçəkləşdiriləcək.