Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcəkbackend

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki,bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.

Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:

– bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;

– magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrıayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;

– doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;

– orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;

– elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması.