Qarabağ və Neftçi-nin Avropa Konfrans Liqasındakı potensial rəqibləri bilindibackend

QarabağNeftçi-nin Avropa Konfrans Liqasındakı potensial rəqibləri bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın avrokuboklardakı növbəti mümkün rəqibi bəlli olub.

NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, Avropa Konfrans Liqasının III təsnifat mərhələsində AEL (Kipr) ilə üz-üzə gələcək Ağdam klubunun “play-off”dakı potensial rəqibi “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) qarşılaşmalarında üstün olan tərəf olacaq.

Təmsilçimiz “play-off”a yüksəlsə, ilk görüşü Bakıda keçirəcək.

Həmçinin UEFA Avropa Liqasında yarışan “Neftçi”nin Finlandiya çempionu HİK-ə uduzacağı halda, Avropa Konfrans Liqasındakı rəqibinin kim olacağı müəyyənləşib. Rəqib “Makkabi” (Hayfa, İsrail) – HB (Farer adaları) cütünün qalibi olacaq.

“Neftçi” Avropa Konfrans Liqasında mübarizə aparsa, ilk matçını Bakıda keçirməli olacaq.

Qeyd edək ki, Avropa Konfrans Liqasında III təsnifat mərhələsi avqustun 5 və 12-də, “play-off” matçları isə avqustun 19 və 26-da baş tutacaq.