“Qarabağ” – “Viktoriya” oyunu qolsuz BİTDİbackend

“Qarabağ” – “Viktoriya” oyunu qolsuz BİTDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika stadionunda Çexiyanın “Viktoriya Plzen” komandası ilə qarşılaşıb.

NOCOMMENT.az xəbər verir ki, görüşü sloveniyalı baş hakim Slavko Vinçiç idarə edib.

Matçın ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılara qol vurulmayıb. Komandalar fasiləyə yollanıblar. İkinci hissədə də hesab açılmayıb. Beləliklə, ilk görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq. Həmin matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.