“Qarabağ” Xankəndidə ilk oyunu nə vaxt və kiminlə keçirəcək? – SON DƏQİQƏbackend

“Qarabağ” Xankəndidə ilk oyunu nə vaxt və kiminlə keçirəcək? – SON DƏQİQƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Xankəndində rəsmi oyun keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, Sportinfo.az bu haqda Peşəkar Futbol Liqasından (PFL) məlumat əldə edib.

Ölkə çempionatının təşkilatçısı olan qurumdan redaksiyamıza verilən məlumata görə, mötəbər hadisənin Premyer Liqanın 18-ci turuna təsadüf eləməsi gözlənilir.

İlin son turunda «Zirə» ilə «Qarabağ» üz-üzə gələcək. Təqvimə əsasən, dekabrın 22-də Bakıətrafı qəsəbədə keçirilməsi nəzərdə tutulmuş matçın yerinin və gününün dəyişdirilməsi gündəmdədir.

«Köhlən atlılar»ın ayın 24-də «Zirə»ni Xankəndində qəbul eləməsi ehtimalı böyükdür.

Xankəndi şəhər stadionunda yenidənqurma işlərinin aparılmasını xəbər vermişdik. Günlər öncə başlayan söküntünun ilkin mərhələsi arxada qalıb.

Qondarma rejimin «bayrağ»ının rənglərində olan oturacaqlar artıq zibilliyə atılıb. Həmçinin ötən əsrdən qalan işıq dirəkləri «matalom»a atılıb.

Ən qısa zamanda arenaya yeni oturacaqlar quraşdırılacaq.

Bununla paralel olaraq, meydançaya, paltardəyişmə və hakimlər otaqlarına ciddi şəkildə «əl gəzdiriləcək». Tribunada yeni sektor yaradılacaq, VİP-loja düzəldiləcək.

Bütün bu tədbirlər nə vaxt sona çatdırılacaq? Planda dəyişiklik olmasa, stadion dekabrın üçüncü ongünlüyündə hazır vəziyyətə gətiriləcək.