Qarabağa gələn əcnəbilərin sayı necə artıb?backend

Qarabağa gələn əcnəbilərin sayı necə artıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici vətəndaşların Qarabağa qanunsuz səfəri ilə bağlı Ermənistan media yaydığı statistika, fikrimcə, şişirdilib.

Statistikanın müqayisəli ifadəsi də şübhə doğurur. Belə ki, informasiyalarda 2020-ci ilə görə 2021-ci ildə səfərə gələn xaricilərin sayının artımının 45,6% olduğu göstərilir.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

“Ermənistan tərəfinin məlumatına görə, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının məsuliyyət zonasına 4391 nəfər xarici vətəndaş daxil olub. Bu qanunsuz səfərlərin həyata keçirilməsində isə bütün məsuliyyət rus sülhməramlılarının üzərinə düşür. Həmin şəxslər mütləq şəkildə Azərbaycanla səyahətlə bağlı viza məsələlərini həll etməlidir. Əks təqdirdə onlar Azərbaycan tərəfindən “persona non qrata” elan edilir və Xarici İşlər Nazirliyinin qara siyahısına əlavə edilir. Təəssüflər olsun ki, sülhməramlıların məsuliyyət zonasına daxil olan xaricilərin kimlikləri yoxlanılmır və onların haqqında bilgi yox dərəcəsindədir. Bunu da manipulyasiya edən Ermənistan tərəfi elə bir görüntü yaratmaq istəyir ki, xarici ölkə vətəndaşlarının Qarabağa səfərləri legitimdir. Hesab edirəm ki, Azərbaycanın müvafiq orqanları bu məsələ ilə bağlı rus sülhməramlılarının qarşısında konkret şəkildə tələblər qoymalıdır”.

İlyas Hüseynov ölkəmizin ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının mandatı haqqında da danışıb: “Düşünürəm ki, rus sülhməramlılarının mandatının və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi bu il Azərbaycan və Rusiya münasibətlərinin əsas elementlərindən olacaq. Eyni zamanda Qarabağa yalnız humanitar məqsədli səfərlərə icazə verilməsi və buraya daxil olanların dəqiq qeydiyyatının aparılması, həm də kommunikasiyaların yenidən açılması rakursundan Laçın dəhlizi məsələsinə yenidən baxılacaq. Bəhs edilən qanunsuz səfərlərin qarşısının alınması siyasi gündəmin əsas məsələlərindəndir”.