Qarabağa nə qədər vəsait xərclənib? – Komitə sədri açıqladıbackend

Qarabağa nə qədər vəsait xərclənib? – Komitə sədri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına və yenidən qurulmasına 4,4 milyard manat vəsait xərclənib.

NOCOMMENT xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

“Qarabağda nəhəng layihələrin icrası davam etdirilir”, – deyə o qeyd edib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 3 milyard manat olması nəzərdə tutulur. Bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,4% çoxdur.