Qarabağa yeni köç cəhdi: Bakı nə edə bilər?backend

Qarabağa yeni köç cəhdi: Bakı nə edə bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyrutda baş verən dəhşətli partlayışdan zərər çəkən Livan erməniləri dünyanın istənilən nöqtəsinə, hətta Ermənistana belə köçə bilərlər. Lakin İrəvanın bu erməniləri işğal edilmiş Azərbaycan torpaqlarına köçürməsi beynəlxalq hüquqa ziddir.

NOCOMMENT xəbər verir ki, bunu axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Livanın paytaxtı Beyrut şəhərində baş verən dəhşətli partlayışdan sonra Livandan ermənilərin Qarabağ və ətraf rayonlara köçürülməsi ilə bağlı səslənən iddiaları şərh edərkən deyib.

O bildirib ki, İrəvanın bu erməniləri “müvəqqəti” adı altında ölkəyə dəvət edib Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə yerləşdirməsi Vyana Konvensiyasının tələblərinə kobud şəkildə pozmaqdır: “Ermənistan bu yolla növbəti dəfə beynəlxalq hüququ pozmuş olacaq. Heç bir ölkə işğal edilən ərazilərə əhalinin say tərkibini dəyişmək üçün başqa xalqları və ya öz yerli əhalisini köçürə bilməz”.

Professorun sözlərinə görə, Azərbaycan işğal altındakı torpaqlara kütləvi erməni köçünün qarşısını almaq üçün bütün hüquqi yollara əl atmalıdır: “Təəssüf ki, Ermənistan bundan öncə də işğal altındakı Dağlıq Qarabağa ermənilərin köçürülməsi üçün işlər görüb. Azərbaycan hazırkı vəziyyətdə bütün hüquqi yollara əl atmalıdır. Rəsmi Bakı məsələ ilə bağlı Ermənistanı Haaqa Məhkəməsinə verə bilər. Çünki bir daha qeyd edirəm, Ermənistanın Livanda zərər çəkən erməniləri Dağlıq Qarabağa köçürməsi Vyana Konvensiyasına ziddir. Digər tərəfdən, məsələ ilə bağlı Livan dövlətinə müraciət etmək olar. Hansı ki, bu ermənilər Livanın vətəndaşlarıdır və rəsmi Beyrut öz vətəndaşları üzərində təsir mexanizmini işə salmalıdır.

Azərbaycan bu məsələni Avropa Şurası və BMT-nin müvafiq sessiyalarında dilə gətirib, Ermənistana qarşı qətnamə qəbul etdirə də bilər. Yəni nəticə etibarilə bu, çox ciddi bir məsələdir və ilk növbədə, bütün hüquqi yollarla Ermənistanın işğal altındakı Dağlıq Qarabağa Livan ermənilərini köçürməsinin qarşısı alınmalıdır”