Qarabağda 10 yoldan 4-ü artıq tamamlanıbbackend

Qarabağda 10 yoldan 4-ü artıq tamamlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Qayıdışın təmin edilməsi üçün ərazilərin minalardan təmizlənməsi ilə paralel olaraq, ilkin mərhələdə baza və sosial infrastrukturun qurulması prioritet məsələdir və bu istiqamətdə işlər sürətlə davam edir.

NOCOMMENT xəbər verir ki, bunu Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə cəmi uzunluğu 513,1 kilometr olan 10 avtomobil yolu layihəsinə başlanılıb ki, bunlardan da 4-ü artıq tamamlanıb.

“Əlavə olaraq, cəmi uzunluğu 157,5 kilometr olan 2 dəmir yolu layihəsi də həyata keçirilir. Füzuli şəhərində 8 ay kimi qısa müddətdə, minalar ilə hədsiz çirklənmiş ərazidə gözəl bir hava limanı inşa olunub. Elektrik təchizatına gəldikdə, bildirmək istərdim ki, cəmi gücü 7,8 MVt olan 2 ədəd kiçik su elektrik stansiyası artıq bərpa olunmuşdur. Bundan başqa, 7 rəqəmsal idarəetmə mərkəzi və yarımstansiya layihəsinə başlanılıb ki, bunlardan da artıq 5-i tamamlanıb Su ehtiyaclarının ödənilməsi ilə bağlı ərazidə ümumi həcmi 44,36 mln m3 olan 5 su anbarı və onlara bitişik 2 magistral su kanallarının təmir prosesləri də tam sürətlə davam etdirilir”, – deyə Emin Hüseynov qeyd edib.