Qarabağda antiterror əməliyyatı olsa, Ermənistan nə edəcək? – Paşinyandan CAVABbackend

Qarabağda antiterror əməliyyatı olsa, Ermənistan nə edəcək? – Paşinyandan CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Qarabağda hərbi əməliyyatı halında Ermənistan heç nə etməyəcək.

NOCOMMENT.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycanın Qarabağ separatçılarına qarşı hərbi əməliyyatı halında Ermənistanın hərəkətləri ilə bağlı sualı cavablandırıb.

O, Ermənistanın Qarabağın təhlükəsizliyinin qarantı olaraq qalıb-qalmaması sualına belə cavab verib:

“Qarabağın təhlükəsizliyinin təminatçısı funksiyasını Rusiya Federasiyası öz üzərinə götürüb”.

Paşinyan qeyd edib ki, o, Ermənistanın Qarabağın təhlükəsizliyinin tam hüquqlu təminatçısı ola bilməyəcəyini anlayaraq 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzalayıb.

“Onun təhlükəsizliyinə təminat verəcək sistem yaratmaq lazım idi. Sonra Rusiya Federasiyasının Federasiya Şurası Vladimir Putinə Qarabağa qoşun yeritmək üçün sanksiya verdi. Bu öhdəlikləri Rusiya özü üzərinə götürüb.

Digər tərəfdən, Qarabağda Azərbaycanın Ermənistan ordusu kimi təqdim etməyə çalışdığı “müdafiə ordusu” var, amma bu belə deyil.

Azərbaycan “müdafiə ordusu”nun buraxılmasını tələb edir. Qarabağ “ordu”nu belə çətin vəziyyətdə saxlamaq üçün milyardlar xərcləyir.

“Ordu”nun ləğv edilməsi Qarabağda “soyqırım” və “etnik təmizləmə”yə hazırlıq getdiyinə sübutdur”, – deyə Paşinyan bildirib./Konkret.az