Qarabağda bir gündə “COVİD-19”–dan 4 erməni öldü…backend

Qarabağda bir gündə “COVİD-19”–dan 4 erməni öldü…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Qarabağ torpaqlarının Rusiya “sülhməramlı”larının nəzarətində qalan hissəsində 4 erməni koronavirusdan vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, 30 il bundan öncə qondarılmış separatçı-terrorçu rejimin qanunsuz “səhiyyə nazirliyi”ndən dünən – yanvarın 2-də 20 test aparıldığı, nəticədə 3 yeni yoluxma hadisəsi qeydə alındığı və 4 nəfərin öldüyü bildirilib.

Hazırda 51 yoluxmuş erməni stasionar müalicədədir. Həkimlər xəstələrdən 14-nün vəziyyətini son dərəcə ağır, 26-nın ağır olduğunu bildirib.
moderator.az