Qarabağda erməni MAXE-lər: Bu, Azərbaycan üçün qırmızı xəttin keçilməsi deməkdirbackend

Qarabağda erməni MAXE-lər: Bu, Azərbaycan üçün qırmızı xəttin keçilməsi deməkdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu qərar 10 noyabr üçtərəfli bəyanatının pozulması və Azərbaycan üçün qırmızı xəttin keçilməsi deməkdir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında hərbi ekspert Elxan Behrud bildirib.

O, Ermənistan silahlı qüvvələri Baş Qərargah rəisinin müavini Saak Saakyanın bəyanatını şərh edib. Saakyan çağırışçı valideynləri ilə görüşdə Azərbaycanın Qarabağ bölgəsində müddətli hərbi xidmətçilərin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularla əvəzlənəcəyini bildirib.

Elxan Behrudun sözlərinə görə, istənilən halda Qarabağ ərazisində yerləşən qeyri-qanuni hərbi birləşmələrin hamısı birbaşa olaraq Ermənistan Müdafiə Nazirliyinə tabedir:

“Saak Saakyanın bəyanatı 10 noyabr üçtərəfli bəyanatının pozulması və Azərbaycan üçün qırmızı xəttin keçilməsi deməkdir.

Ümumiyyətlə, Azərbaycan ərazisində, Qarabağda erməni hərbi birləşmələri olmamalıdır. Rusiyalı sülhməramlılarının Qarabağda əsas fəaliyyəti də məhz həmin qruplaşmaların bölgədən çıxarılmasından ibarətdir. Hazırda sülhməramlılarının nəzarətində olan bölgədə Ermənistanın atacağı hər hansısa bir addıma görə bütün məsuliyyət onların üzərinə düşür”.

Elxan Behrud əlavə edib ki, Ermənistanın verdiyi bu qərardan narahat olmamalıyıq:

“Çünki Ermənistanın nə yetərli maliyyə, nə də hərbi resursu var. Buna görə də, sonda Azərbaycanın şərtlərini qəbul etməyə məcbur olacaq”.