Qarabağda erməni terrorçular aktivləşdi: “Qisas” olacaq!backend

Qarabağda erməni terrorçular aktivləşdi: “Qisas” olacaq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda erməni silahlı dəstələrinin qalıqları son günlər aktivləşib: Ağdam və Xocalıda səngər qazmağa cəhd etdilər, buna paralel olaraq, müxtəlif ərazilərdə Azərbaycan ordusunu atəşə tuturlar; ötən gün də Füzuli istiqamətində atəş açıblar.

Təxribatların intensivləşməsində məqsəd aydındır: Bakının Qarabağda yaşayan ermənilərlə təmas qurmaq perspektivini arxa plana keçirir, qarşıdurmalarla həm erməni əhalisinin düşüncəsindən Azərbaycan cəmiyyətinə inteqrasiya etmək fikrini çıxarır, həm də dünyaya “dövlətcik” performansı sərgiləyirlər. Və şübhəsiz ki, tətiyi çəkən separatçılar olsa da, silah Rusiyanındır.

Hərçənd, Fərrux və “Qisas” əməliyyatından öncə də eyni şeyi edirdilər, nəticəsi bəllidir.

Bu təxribatların da bir cavabı olacaq.

Asif Nərimanlı