Qarabağda ermənilər tərəfdə döyüşən daha 3 muzdlunun kimliyi məlum olubbackend

Qarabağda ermənilər tərəfdə döyüşən daha 3 muzdlunun kimliyi məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan tərəfində döyüşmək üçün Suriyadan Dağlıq Qarabağa gətirilən və Azərbaycan Ordusunun məhv etdiyi daha üç muzdunun kimliyi məlum olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə məlumat Daşnaksütyun Partiyasının feysbuk səhifəsində paylaşılıb.

Bunlar Suriyanın Hələb şəhərinin ermənilərin sıx məskunlaşdığı məhəllələrin özünümüdafiə komandiri, Daşnaksütyunun üzvü Arut Panoyan (1976-cı il doğumlu), Hələb sakini Akop Astarçyan (1991-ci il doğumlu) və Hələbin özünümüdafiə yaraqlısı Mosik Seklemyandır (1992-ci il doğumlu).

Onlar paytaxt Yerevandakı Erablur xiyabanında basdırılıblar.

Qeyd edək ki, Daşnaksütyunun Suriya qolu, həmçinin Yaxın Şərq ölkəsindəki digər erməni təşkilatları, əsasən, Bəşər Əsəd ordusunun tərəfində Türkiyə və onun dəstəklədiyi mülayim müxalifətə qarşı döyüşürlər.