Qarabağda Ermənistan və İranın radio və televiziya dalğalarının yayılmasının qarşısı alınacaq – Açıqlamabackend

Qarabağda Ermənistan və İranın radio və televiziya dalğalarının yayılmasının qarşısı alınacaq – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşa Radio-Televiziya yayım qülləsinin təməlini qoyublar.

NOCOMMENT.az xəbər verir ki, media eksperti Zeynal Məmmədli deyib ki, Sovet dönəmində radio-televiziya proqramları bu stansiya vasitəsilə Qarabağa və Naxçıvan Muxtar Respublikasına ötürülüb. Ekspert vurğulayıb ki, Şuşa işğal olunana qədər teleradio proqramlarının bu bölgələrə ötürülməsinə ermənilər hər vasitə ilə mane olublar: “Belə ki, stansiya dəfələrlə ermənilər tərəfindən ağır artilleriya atəşinə məruz qalıb. Məhz bu səbəbdən də oradakı avadanlıqlar zədələnmiş, texniki binada ciddi dağıntılar baş vermişdi. İndi bizim əlimizdə yüksək texniki imkanlar var və sözsüz ki, ciddi şəkildə nə lazımdırsa, analiz ediləcək və bütün lazımi işlər görüləcək. Eyni zamanda, istər Ermənistanın, istərsə də İranın tezlikləri, radio və televiziya dalğalarının yayılmasının qarşısını alınması istiqamətində mühüm işlər görüləcək. Bu baxımdan, Şuşa Radio-Televiziya yayım qülləsinin təməlinin qoyulmasını yalnız alqışlamaq olar, çünki bu çox mühüm və vacib bir addımdır.

Qeyd edim ki, Şuşa Televiziyası hələ Sovet Azərbaycan dövründə yavaş-yavaş aktuallaşırdı. Düzdür, televiziyanın mərkəzi Xankəndidə idi, amma televiziyanın Şuşada olması yavaş-yavaş üstünlük qazanırdı. Lakin baş verən hadisələr onun reallaşmasına imkan vermədi. İndi bunun reallaşması çox mühüm və önəmlidir. Ermənistan və İran televiziyalarının təsirini azaltmaq və yayımının qarşısını almaq baxımdan da, ümumiyyətlə, əhəmiyyətlidir”.

Demokrat.az