Qarabağda əsirlərə işgəncə verən ermənilərin məhkəməsi başlayırbackend

Qarabağda əsirlərə işgəncə verən ermənilərin məhkəməsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Ermənistan vətəndaşları – 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə istintaqı başlanacaq.

NOCOMMENT-in xəbərinə görə, proses Yasamal rayon Məhkəməsinin inzibati binasında baş tutacaq.

Cinayət işi üzrə prosesə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baxılacaq.

Bu gün baş tutacaq iclasda prokurorun ittiham aktını elan edəcəyi gözlənilir.

Qeyd edək ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyunun 2-də keçiriləcək.