Qarabağda gizli proses gedir… – PUA vasitəsiylə Xankəndidə bir yerə zərbə vurulsun ki…backend

Qarabağda gizli proses gedir… – PUA vasitəsiylə Xankəndidə bir yerə zərbə vurulsun ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məsələ belədir ki, bu proseslər əslində sülh sazişi imzalanmayana qədər hər zaman baş verə biləcək ehtimalı – riski olan hadisələrdir”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Şuşadakı nəzarət postunda hərbçilərimizə qarşı terror hücumunu şərh edərkən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev (Behrudi) bildirib.

Onun sözlərinə görə, sülhməramlıların nəzarəti altında olan bölgələrdəki əhali xüsusən də, Koçaryan-Sarkisyan “Qarabağ klanı”nın təsiri altındadır:

“Onlar hər zaman revanşist bəyanatlar verirlər, nə zamansa yenidən müharibəyə hazırlaşmaq, yeni insidentlər yaratmaq barəsində danışırlar və s. Bu, ermənilərin sülhməramlıların fəaliyyəti arxasında gizlənməsi səbəbindən baş verir və bu risklər daha da artır.

Ermənilər Laçın koridoru vasitəsilə gəlib, Şuşa nəzarət məntəqəsindən keçəndə Azərbaycan və rus əsgərlərinin nəzarət məntəqəsi çox yaxın olduğu üçün oradakı postumuza qarşı hər an emrənilər tərəfindən bu kimi təxribatlar törədilməsi ehtimalı var idi və gələcəkdə də bu kimi şeylər, bu yöndə ola bilər. Bununla da paralel ermənilər orada təmas xətləri yaradırlar. Guya ki, sülhməramlılar öz postlarını qurublar, amma onlarla paralel ermənilər də postlar yaradıblar”.

Hərbi ekspert qeyd edib ki, ermənilər tərəfdən bu təxribatlar hər zaman baş verəcək:

“Onlar düşünürlər ki, bu təxribatlar Azərbaycanlılar tərəfindən ermənilərə, yalnız sülhmərmalılara irad üzərindən baş tutur. Ona görə ki, bir başa bizim ermənilərə təsir mexanizmimiz bu günkü gündə Rusiya sülhməramlılarının üzərindən baş verir.

Bu konflikt nə zaman sonluqla nəticələnə bilər sualına gəldikdə isə, deyə bilərəm ki, sülhməramlılar öz üzərinə düşən fəaliyyəti yerinə yetirəndə. Hansı ki, 10 noyabr 2020-ci il bəyanatının 4-cü müddəasında qeyd olunub ki, “bölgədən erməni silahlıları çıxır, paralel olaraq Rusiya Sülhməramlı Qüvvələri daxil olur”. Görünən odur ki, Rusiya sülhməramlıları bu müddəanı yerinə yetirməkdən ziyadə, əks istiqamətdə fəaliyyət yürüdürlər. Çünki Ermənistanın Müdafiə naziri Arşak Karapetyanın Qarabağa gəlməsi, oradakı qanunsuz hərbi birləşmələri yoxlaması, postlara gəlib bizim postlarımızı müşahidə etməsi və s. Bu o deməkdir ki, müharibədən sonrakı dövrdə müharibədə iştirak edən “Artsax Müdafiə Ordusu”nun (AMO) tör-töküntləri yenidən təşkilatlandırılır”.

Mütəxəssis əlavə edib:

“Xankəndi, Şuşa, Ağdərə və s. bölgələrdə bunların hərbi birləşmələri necə ki, var idi müharibəyə qədər, onlar dağıdılmışdı. İndi yenidən onlar təşkilatlandırılır. Nəyə görə? Çünki sülhməramlılar bunlara rəva bilir. Onlar niyə rəva bilir, ona görə ki, sülhməramlılar, əslində Beynəlxalq Koalisiyanın sülhməramlıları olmadığı üçün bunu edirlər. Onlar Rusiyanın Cənub Hərbi Dairəsinin hərbi qulluqçularıdır və onlar müvəqqəti – 5 il müddətində Qarabağa ezam olunublar. Dolayısıyla, həmin hərbçilər Rusiya hərbi və siyasi dairələrinin bölgəyə baxışını icra edirlər.

Görünən odur ki, Rusiya, bilavasitə sülhməramlıların əliylə oradakı “AMO”nun qalıqlarını yenidən təşkilatlandırırlar. Hansı ki, onlara I Ümumqoşun Ordusu deyirdilər o vaxtı. Onlar yenidən qurulurlarsa, yenidən hərbi bölmələr yaranırsa, Laçın koridoru açıqdırsa, bu da o deməkdir ki, gecəylə istənilən avtomobillə nəzarətsiz hərbi silah-sursat gətirmək, Ermənistandan gələn çağırışçıları ora cəlb etmək olar və s.”

E.Şıxəliyev onu da vurğulayıb ki, bunlara nəzarət edə bilmiriksə, avtomatik ortada bir sual yaranır:

“Bu hərbi birləşmələr orada yaradılırsa, nə üçün yaradılır? Cavabı isə çox sadədir. Bu bizim hərbçilərimizə, postlarımıza qarşı hər hansı bir insidentin həyata keçirilməsi üçün qurulur. Sülhməramlıların üzərindən bunlara qarşı bir tədbir görməməyimizin əsas səbəbi, elə rusların orada yerləşməsidir. Yoxsa həmin o qanunsuz silahlı birləşmələrin oradan çıxarılması Azərbaycan üçün uzaqbaşı 2-3 günün məsələsi ola bilərdi.

Dolayısıyla gizli, üstü örtülü bir proses gedir və Rusiya o prosesi dəstəkləyir ki, təzədən “AMO” orada yaransın və bu insidentlər orada davam etsin. İnsidentlərin davam etməsi, biraz da onların işinə yarıyır ki, desinlər, baxın, görürsünüz, bu münaqişə hələ də bitməyib, biz burada daha uzun müddətə qalmalıyıq və s. və i.a. Ona görə də, onlar hərbi şəhərcik yaradırlar, “xilaskar” obrazında heykəllər qoyurlar. Bunun hamısı Rusiya tərəfindən Rusiya Sülhməramlı Qüvvələri ssenarisi üzərindən üzərindən baş verir”.

“Bilirsiniz ki, insidenti törədən Xankəndi ermənisi tutub bizə vermədilər. Onlar özləri apardılar onu, indi orada nə edəcəklər, nə baş verəcək bizim xəbərimiz yoxdur. Ona görə də, bu bizimlə aparılan assimetrik hərbin tərkib hissəsidir. Gerilla müharibəsi kimi, qarşı tərəfi yormaq, əsəbləri tarıma çəkmək və dolayısıyla, mesaj vermək ki, burada Rusiya siyasi hakimiyyətinin qanunları keçərlidir və biz bildiyimiz kimi davranacağıq. Siz də bunları gözardı edin və s.”, – deyə hərbi analitik söyləyib.

Ehtiyyatda olan hərbçi vurğulayaraq deyib ki, onun bu məsələdə fikirləri fərqlidir və hər bir insidentin qarşısı yerindəcə, çox kəskin bir şəkildə alınmalıdır:

“Yeri gəlsə, hava hücumu – PUA vasitəsiylə gecənin 3-də, 4-də Xankəndidə bir yerə zərbə vurulsun ki, səhər ayılanda görsünlər ki, bu qələtin cavabı budur. Yaxud da, “XTQ”miz vardır ki, gedib istənilən gecədə, istənilən adamı oradan götürə, istənilən diversiya hərəkətlərini həyata keçirə bilər.

Ümumilikdə bu hadisələrin qabağına konkret biz hansısa bir hərbi müdaxilə etmədikcə, hansı ki bunları başa salaq ki, sizin hər bir addımınızın qarşılığı 3-5-10 qata sizə mail olur, görünən odur ki, bu proseslər bu ərazilərdə davam edəcək”.