Qarabağda işləmək istəyənlərin nəzərinə! – FOTObackend

Qarabağda işləmək istəyənlərin nəzərinə! – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və işaxtaranlara təklif olunan müxtəlif məvacibli işlərin siyahısı vətəndaşlarda böyük maraq doğurur.

NOCOMMENT.az xəbər verir ki, bu məqsədlə baku.ws Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinə müraciət edib.

Müraciət zamanı hazırda vətəndaşlara müxtəlif məvacibli işlərin təklif edildiyi üzə çıxıb.

İş axtaran hər kəs e-sosial.az portalı üzərindən “Əmək və məşğulluq“ altsisteminə (ƏMAS) daxil olaraq işsiz və işaxtaran kimi öz qeydiyyatını apara bilər.

Hazırda vakansiya bankında işğaldan azad olunan ərazilər üzrə aktiv vakansiya və iş imkanı mövcuddur. Vakansiyalar üzrə əməkhaqqı işəgötürən tərəfindən müəyyən edilir. Vakansiyalar üzrə minimum məvacib ölkə üzrə təyin olunan minimum əməkhaqqı məbləğindən – 350 manatdan 1500 manatadək dəyişir.

İşəqəbul prosesində məcburi köçkün statusu olan şəxslərə üstünlük verilir.

CV göndərərkən elektron poçtunuzda “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adı qeyd edilməli, CV-lər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Vakansiyaya müraciət üçün CV-niz yoxdursa, www.cvyarat.az platforması vasitəsilə ödənişsiz CV hazırlaya bilərsiniz.

İşğaldan azad edilən ərazilər üzrə müxtəlif vakansiyaları təqdim edirik: