Qarabağda könüllü döyüşən ermənilər etiraz aksiyası keçirirlərbackend

Qarabağda könüllü döyüşən ermənilər etiraz aksiyası keçirirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibədə könüllü olaraq işirak edən bir qrup erməni əsgər Ermənistan Müdafiə Nazirliyinin binasının qarşısında toplaşaraq niyə digər hərbçilər kimi onlara da təzminat verilmədiyinə dair açıqlama tələb edirlər.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, fəallardan biri David Ovannisyanın sözlərinə görə, müharibənin ilk günlərindən döyüşlərə qatılıb, 30 noyabrda isə Qarabağdan qayıdıb. O vaxtdan bəri dövlətin cəbhədən qayıdanlara müəyyən miqdarda pul ödədiyini öyrəndikdə təzminat almaq üçün müxtəlif strukturlara müraciət edib.

O, həmçinin heç bir hərbi hissədə qeydiyyatda olmayan təxminən 2 700 nəfərin eyni vəziyyətdə olduğunu, ancaq hamısının döyüş əməliyyatlarında iştirak etdiyini bildirib.