Qarabağda mülki ermənilər silahlandırılır: Separatçılar müharibəyə hazırlaşırlar?backend

Qarabağda mülki ermənilər silahlandırılır: Separatçılar müharibəyə hazırlaşırlar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda separatçı-terrorçular yeni müharibəyə hazırlaşırlar. Baş separatçı Araik Arutyunyanının dünən “proqram” xarakterli çıxışı bunu təsdiqləyir.

Separatçıların başçısı deyir ki, “silahlar haqqında qanuna dəyişikliklərlə silah əldə etmək imkanları genişləndiriləcək”. Bununla bağlı qondarma “qanun layihəsi” mart ayında irəli sürülüb.

Məsələ Qarabağdakı erməni mülki əhalinin də silahlandırılmasından ibarətdir. Bu, bir neçə məsələni ön plana çıxarır:

1. Separatçılar gələcək toqquşmalara hazırlaşır: burada həm mümkün anti-terror əməliyyatlarına qarşı “müdafiə olunmaq”, həm də iddia etdikləri keçmiş “DQMV”-nin “ərazisini” bərpa etmək niyyətləri də var;

2. Separatçılar Qarabağdakı mülki erməniləri də terrorçuya çevirir və onların nə vaxtsa Azərbaycan vətəndaşlığını qəbul etməsi imkanlarını sıradan çıxarır: mülki ermənilər silah tuşladıqları ölkənin vətəndaşı olmadan çəkinəcəklər;

3. Separatçılarda silahların sayı mülki əhaliyə də paylayacaq qədərdir: 44 günlük müharibədən sonra bu qədər silahın olması diqqət çəkir və bu, Laçın dəhlizindən kiçikçaplı silahların Qarabağa daşındığı, dəhlizdən zaman-zaman erməni dəstələrinin keçidinə icazə verən rus sülhməramlılarının mülki avtomobillərin yük yerində kiçikçaplı silahların keçirilməsinə də şərait yaratdığı fikrini gücləndirir;

4. Separatçılar Azərbaycana qarşı mülki əhalidən ibarət “könüllü dəstələr” formalaşdırır.

Və ən vacib məsələ Laçın dəhlizindən silah-sursatın daşınmasıdır. İstisna deyil ki, yüklər dəhlizə vizual nəzarət edən Azərbaycan hərbçilərinin görə bilməyəcəyi kiçikçaplı silahlar, o cümlədən, artilleriya mərmiləri və sairdən ibarətdir.

Araik onu da qeyd edir ki, “cəbhə xəttinin möhkəmləndirilməsi, funksiyalarının lazımi şəkildə yerinə yetirilməsi üçün xeyli iş görülüb”.

Baş separatçı açıq şəkildə etiraf edir ki, Azərbaycan Ordusuna qarşı cəbhə xətt formalaşdırıblar və rus sülhməramlılarının dayandığı mövqelərlə yanaşı, erməni terrorçuların da postları var. Qarabağa qanunsuz səfər edən Ermənistan müdafiə naziri Arşak Karapetyan da terrorçuların qurduğu postlarda olub.

Və görünən budur ki, müharibənin başa çatmasından bir il sonra Qarabağda separatizm yenidən güc toplayır.

Asif Nərimanlı