Bir qrup erməni fəal dünən İrəvanın Respublika meydanında etiraz aksiyası keçirib.
Onlar Laçın və Zabuxun boşaldılmasını erməni dövlətinə təhlükə sayaraq, bu prossesin qarşısının dərhal alınması üçün Paşinyan iqtidarından müvafiq tədbirlərin görülməsini tələb ediblər.
Aksiya iştirakçıları “İddiaçı ol, öz torpağında haqqını tələb et!”, “Berdzor (Laçın) və Ağavno (Zabux) dövlətçiliyimizin sonunun başlanğıcıdır!”, “Erməni xalqının ləyaqəti harada gizlənir?!”, “Milli birlik, milli ordu, bunlar haradadır?!” kimi yazılı şüarlar səsləndirirlər.
Onların bəziləri isə bölgədən çıxan erməniləri kiçik çaplı silahlı müqavimətə də səsləyib.
Bu nə dərəcədə mümkündür? Ermənilər Laçın və ətraf ərazilərdə silahlı müqavimətə başlaya bilərlər?
NOCOMMENT xəbər verir ki, yenisabah-a açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib ki, Qarabağda cərəyan edən hadisələr hüquqi olaraq Azərbaycanın daxili işidir.
Ekspertin sözlərinə görə, real vəziyyət belədir ki, orada hələ də Ermənistana tabe olan silahlılar var: “Əhali və silahlılar Laçın və ətrafından çıxsalar da, ordu bölmələri sentyabra kimi Qarabağda olacaq. Eyni zamanda hələ də orada Rusiya sülhməramlıları var. Yəni faktiki olaraq orada 3 dövlət arasında gedən münasibətlər tənzimlənir. Mən burada çox bəsit və sadə bir tezis deyəcəyəm: Qarabağda hadisələrin hansı istiqamətdə cərəyan etməsi Azərbaycanın və Rusiyanın istəklərindən, eyni zamanda da Azərbaycanın hərbi gücündən asılıdır”.
Ermənilərin ərazidə yeni hərbi eskalasiya riski törədə biləcəklərinə inanmayan müsahibimiz vurğulayıb: “Bu gün ermənilər İrəvanda çox at oynada bilərlər, amma faktiki olaraq onların həmin hadisələrə müdaxilə etməsi üçün hərbi gücləri olmalıdır. Bu da onlarda yoxdur. Əgər onlara kənardan o gücü vermək istəyən qüvvə olmasa, – hansı ki, bunu təxmin etmək asandır – eləcə də o qüvvə ikibaşlı oyun oynamayıb öz dövlət rəhbərinin atdığı imzaya, özlərini verdiyi sözə əməl etsələr, burada heç bir revanşdan söz gedə bilməz”.
Mütəxəssis əmindir ki, ermənilər buna cəhd edə bilərlər: “Cəhd olsa belə, bu cəhdin də qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq. Proseslər isə öz axarınca gedəcək.
Əgər proseslər öz axarı ilə getməsə, bu, növbəti dəfə çox böyük bir hərbi münaqişəyə gətirib çıxara bilər ki, bu da nə Azərbaycana, Türkiyəyə, nə Rusiyaya, nə də İrana sərf etmir. Əgər ermənilər bunu istəyirsə və bu onlara sərf edirsə, onlar həmin bu qarşıdurmadan başıaşağı və əzilmiş vəziyyətdə çıxmış olacaqlar”.
“O ki qaldı orada yaşayan ermənilərin kiçikçaplı əlisilahlı müqavimətə qalxmasına, mən bunu heç vaxt istisna etmirəm. Çünki biz ermənilərin bu cür hərəkətlərini son 150 ildə müşahidə etmişik. Osmanlı İmperiyası, eləcə də çar Rusiyası, hətta SSRİ tərkibində onlar terror törətmiş xalqdır. Ona görə də bunu istisna etmək olmaz. Necə deyərlər, “itlə dostluq et, çomağı əlindən qoyma”. İstənilən halda bunlar it də olsa, çaqqal da olsa, tülkü də olsa, çomaq əlimizdə olmalıdır ki, belə hərəkətlərə yol verməsinlər”, – deyə həmsöhbətimiz fikirlərini tamamlayıb.