Qarabağda Rusiya sülhməramlıları üçün yeni şəhərciklər salındıbackend

Qarabağda Rusiya sülhməramlıları üçün yeni şəhərciklər salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağda rus sülhməramlıları üçün daha 4 yeni modul tipli şəhərcik tikilib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Yeni modul tipli qəsəbələrin Xankəndi və Xocavənddə istifadəyə verildiyi qeyd olunub.

Beləliklə, bu günə qədər sülhməramlı kontingentin hərbi heyəti inşa edilən şəhərciklərin sayı 8-ə çatıb.

“Modul qəsəbələrin inşası sülhməramlı heyət üçün rahat yaşayış şəraiti yaratmağa, səhra mətbəx, hamam-çamaşırxana, anbarlardan imtina etməyə imkan verib”, – deyə məlumatda bildirilib.

Bu şəhərciklər enerji təchizatı, isitmə, hamam otaqları, su, kanalizasiya, mebel və məişət texnikası – bütün zəruri komponentlərlə təchiz olunmuş obyektlər sayılır.

Hər şəhərciyin ərazisində süni örtüklü idman zalı, tibb məntəqəsi, istirahət məkanı, ofis, anbar otağı, yeməkxana və dükan var.