Qarabağda tam suverenliyi bu cür bərpa edə bilərik – Deputatdan ŞOK AÇIQLAMAbackend

Qarabağda tam suverenliyi bu cür bərpa edə bilərik – Deputatdan ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonları bərpa etməliyik. Orada müasir üslubda yeni şəhər və qəsəbələr salmalıyıq. Bu şəhər və qəsəbələrdə müasir yollar, kanalizasiya sistemi, su təchizatı, elektrik enerjisi təmin olunmalıdır. İlk növbədə dəmiryolu çəkilməlidir.

Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev

NOCOMMENT xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev teleqraf.com-a geniş müsahibəsində Qarabağda suverenliyimizin tam təmini yolları haqda danışarkən deyib.

O bildirib ki, Qarabağda tikinti işlərinə lazım olan irihəcmli materialları yük maşınları ilə daşımaq mümkün deyil: “Odur ki, birinci dəmiryolu xətti bərpa olunmalıdır. Büdcə müzakirələrində bu məsələni qaldıracağam.

Ağdama qədər dəmiryolunun təmirinə başlanılıb. Zəngilana qədər də dəmiryolu olmalıdır ki, biz bu rayonlarımıza tikinti materialları daşıya bilək. Vətəndaşlar da buna cəlb edilməlidir. Bəzi hallarda kəndlərin bərpasını dövlət özü həyata keçirməməli, kəndləri müasir layihələr əsasında layihələndirməlidir.

Onsuz da kimin evi, torpağının harada olduğu məlumdur. Bundan sonra həmin adamlara pul verib tələb etmək olar ki, bu layihə əsasında evini tik, başqa məqsədlər üçün bu vəsaiti xərcləmə. Əhalinin özünü bu işə cəlb etmək lazımdır. Bu, məskunlaşmanın daha sürətlə həyata keçirilməsinə səbəb olar.

İkincisi, quruculuq işlərinə donor təşkilatlarını, dövlətlərini də cəlb etmək lazımdır. Bizim Baş prokurorla görüşdə ABŞ səfiri deyib ki, onlar dövlət olaraq dağılmış ərazilərimizin bərpasında iştirak edə bilərlər. Məncə, Azərbaycan çəkinmədən bu dövlətlərə müraciət etməlidir. Əslində onların böyük günahı var. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi vaxtında təcavüzün qarşısını almadılar. İmkan verdilər ki, erməni tərəfi həm torpaqları işğal etsin, həm də dağıtsın. İndi onların bir növ mənəvi və siyasi borcudur ki, bu işdə bizə kömək etsinlər. Azərbaycan da bu köməyi istəməlidir”.

Millət vəkili işğaldan azad edilən ərazilərimizdə böyük hərbi bazalarımızın yaradılmasını zəruri hesab edib. Qeyd edib ki, orada iki yeni korpus yaradıla bilər: “Düşünürəm ki, bizim ən güclü hərbi bazalarımızdan biri Kəlbəcərdə olmalıdır. Şuşada bizim hərbi qarnizon olmalıdır. Bu, gələcəkdə istənilən təxribatların qarşısını operativ şəkildə almağa imkan verə bilər”.