Qarabağda və Şərqi Zəngəzurda neçə kilometr yol inşa edilib? – FOTObackend

Qarabağda və Şərqi Zəngəzurda neçə kilometr yol inşa edilib? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən (AAYDA) Qarabağda və Şərqi Zəngəzurda inşa edilən ümumi yolların həcmi 652,4 km-dən artıqdır.

NOCOMMENT xəbər verir ki, bu barədə AAYDA məlumat verib.

Agentlikdən verilən xəbərə görə, Zəfər yolu 101 km, Əhmədbəyli-Füzuli-Şuşa yolu 81,6 km, Toğanalı-Kəlbəcər-İstisu 80,7 km, Kəlbəcər-Laçın 72,3 km, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu 123,8 km, Talış-Tapqaraqoyunlu-Qaşaltı 22 km, Xudafənin-Qubadlı-Laçın 83 km, Şükürbəyli-Cəbrayıl-Hadrut 43 km, Bərdə-Ağdam 45 km və digərləri təşkil edir.