Qarabağda yeni situasiya: səhvimiz budur… – Zülfüqarovbackend

Qarabağda yeni situasiya: səhvimiz budur…Zülfüqarov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsindən əvvəl region həmsədr ölkələr tərəfindən iki komponentdən ibarət olan münaqişə idarəetmə sistemi ilə idarə olunurdu.

NOCOMMENT.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, faktiki vəziyyət işğal olunmuş və etnik təmizləməyə məruz qalmış ərazilərdən, təmas xəttindən, yüz minlərlə məcburi köçkündən, əlaqələrin kəsilməsindən və s. ibarət idi. Eləcə də ATƏT-in Minsk Qrupunun vasitəçiliyi qismində beynəlxalq siyasi baxış:

“İndi bu iki komponentdəki vəziyyət dəyişdi. Münaqişənin “landşaftı” əsaslı şəkildə dəyişib: təmas xətti yoxdur, dövlət sərhədi bərpa olunub, köçkünlərin 98 faizi öz doğma yurdlarına qayıtmaq haqqı əldə edib. Minsk Qrupunun prosesdən tamamilə uzaqlaşdırılmasından sonra Azərbaycan ərazisində fəaliyyət göstərən yeganə beynəlxalq qurum Rusiya və Türkiyə tandemidir.

Üstəlik, qarşıdurmanın tərəflərindən biri olan Ermənistanın yaxın aylarda Azərbaycanın erməni əhalisinin problemlərinin həlli məsələsindən çıxarılacağı aydındır. Onun rolu yalnız sərhəd məsələləri və regional əlaqələrin normallaşdırılması ilə məhdudlaşacaq. Əminəm ki, Azərbaycan ona ölkənin suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələlərə müdaxilə etməyə heç vaxt imkan verməyəcək. Bu səbəbdən ATƏT-in Minsk formatının canlanması qəbuledilməzdir”.

Politoloq əminliklə bildirib ki, böyük oyunçular, əlbəttə, bölgəni idarə etdikləri ipləri itirmək niyyətində deyillər və buna görə də münaqişənin idarə edilməsinin elementlərini qorumaq cəhdləri davam edəcək:

“Qərb tərəfdaşlarının vasitəçilik üzərində siyasi təsir alətlərini bərpa etməyə çalışacağı, Rusiyanın isə sülhməramlı qüvvələrdən və “araiklər” arasındakı agentlərin nəzarətindən istifadə edərək “münaqişə zonasında” öz imkanlarını gücləndirəcəyi aydındır. Bu, real perspektivdir və taktiki hərəkətlərimizi təyin edərkən nəzərə alınmalıdır. Ona görə də bu işdə səhvlərə yol vermək olmaz. Məsələn, Araiklə (separatçı-terrorçu Araik Arutyunyan nəzərdə tutulur – red.) görüşdən qaçmaq imkanı yoxdursa, onda Ermənistan Milli Təhlükəsizlik Xidməti rəhbəri orada olmamalıdır və ya bu görüş ayrıca keçirilməlidir. Yaxud, Tural Gəncəliyev ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdə iştirak etməməlidir, çünki “Dağlıq Qarabağ” kimi bir inzibati və siyasi konsepsiyamız yoxdur və bu səbəbdən vahid və unitar Azərbaycanda “Dağlıq Qarabağın azərbaycanlı icması” ola bilməz.

Düşmənimiz bu səhvlərdən istifadə edir. ATƏT-in Ermənistanda fəaliyyətdə olan sədri ilə görüşdə özünü “artsaxın xarici işlər naziri” adlandıran bir tipi masaya oturtdular”.

Politoloq qeyd edib ki, münaqişə idarəetmə sisteminin istifadəsi üçün “münaqişə sahəsi” yaratmaq cəhdləri davam edəcək və buna da hazır olmaq lazımdır:

“İndiyə qədər bizim üçün ən vacib şey bölgədə hökmranlığımızı təmin edəcək azad edilmiş ərazilərin real dirçəlməsini təmin etməkdir. Sülhməramlı qüvvələrin zonasında olan ərazilərdəki erməni əhalisinin sayının sürətlə azalması onu göstərir ki, orada yaşayan insanlar başqalarının siyasi oyunlarında marionetka olmaq istəmir”. / Axar.az