Qarabağdakı “daxili” məsələləri Əliyev həll edir – Qazaryanbackend

Qarabağdakı “daxili” məsələləri Əliyev həll edir – Qazaryan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda kadr və daxili məsələləri de-fakto həll edir.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan deyib.

“Vardanyanın uzaqlaşdırılması tələbini ilk dəfə BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın səfiri səsləndirdi. Sonra bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri də təkrarladı. Sonda isə bu tələb Münhen konfransı zamanı Əliyev tərəfindən dilə gətirildi. Bu açıqlama dərhal istefa ilə müşayiət olundu. Əgər Əliyevin “daxili kadr” qərarlarına təsir etmək imkanı varsa, bunun daha vacib məsələlərə hansı təsirinin olacağını təxmin etmək olar”, – o bildirib.