Qarabağdakı erməni Azərbaycanı tanımır, niyə onlara rahat şərait yaratmalıyıq?backend

Qarabağdakı erməni Azərbaycanı tanımır, niyə onlara rahat şərait yaratmalıyıq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz nə üçün Rusiya və Ermənistan tərəfindən dəstəklənib idarə olunan qondarma separatçı qurum mənsublarının torpaqlarımızda yaşamasına və harasa gedib-gəlməsinə rahat şərait yaratmalıyıq? Yox əgər Qarabağdakı ermənilər Azərbaycanın vətəndaşı kimi bizim qanunlarla yaşayacaqlarsa, nə üçün orada “sülhməramlı”lar-filanlar olmalıdır?

NOCOMMENT.az xəbər verir ki, bu barədə keçmiş Laçın alayının komandiri Arif Paşa deyib:

“Bilirsiz, Qarabağda yaşayan erməni yalnız Ermənistana gedib-gəlir. Deməli, o, yalnız Ermənistanı tanıyır, Azərbaycanı tanımır. Azərbaycan dövləti və xalqı ilə hər hansı bir əlaqə, münasibət qurmaq istəmir. Deməli, o, bizim respublikanın, dövlətimizin varlığını qəbul etmir. Və bu baxımdan Azərbaycan ərazisində yaşayan və ərazi bütövlüyümüzü, vətəndaşlığımızı qəbul etmiş erməninin şəxsiyyət vəsiqəsi onun üçün ən yaxşı yoldur, koridordur da, dəhlizdir də… Yəni həmin sənədlə o, nəinki Ermənistana, digər vətəndaşlarımız kimi Bakıya da, Gəncəyə də, Şəkiyə də və s. sərbəst gedib-gələ bilər. Bir sözlə, Qarabağdakı ermənilər üçün birinci şərt belə olmalıdır: dövlətimizin vətəndaşlığını, ərazi bütövlüyünü qəbul edəcəksənsə, burada yaşaya bilərsən. Yox deyilən şərtləri qəbul etmirsənsə, sənə bircə dəfə yol verilə bilər: ölkəni tərk elə…

İkincisi, 30 ildən çoxdur ki, Qarabağdan, Zəngəzurdan didərgin düşmüş soydaşlarımız, o cümlədən laçınlılar həsrətlə öz yurdlarına dönəcəkləri günü gözləyir. Laçın şəhəri, Zabux və Sus kəndləri rəsmən yurisdiksiyamıza keçdi. Çox yaxşı… İndi isə ermənilər tələb edir, Rusiya da onlara dəstək verir ki, yeni yol ətrafında 6 kənd də köhnə yoldakı kimi 5 km-lik dəhlizə salınsın. Belə çıxır ki, 30 ildən çoxdur, bizlərə zülm edən, bizləri öldürən, əsir götürən, didərgin salan və demək olar ki, əksəriyyəti terrorçu və işğalçı xislətli olan və üstəlik, dövlətimizi, vətəndaşlığımızı qəbul etmək istəməyən ermənilərin Ermənistana rahat gediş-gəlişi üçün şərait yaratmalıyıq, amma 6 kəndimizin minlərlə sakini hələ bundan sonra naməlum müddətdə yenə də öz yurdlarının, dədə-baba məzarlıqlarının həsrəti ilə yaşamalıdırlar… Niyə belə olmalıdır? Qalib tərəf kimi hər bir şərti Azərbaycan dövləti qoymalı, diqtə etməli deyilmi… Nəyə görə biz Gəncəni, Bərdəni, Tərtəri və s. raket atəşinə tutan separatçı və terrorçuların nazı ilə oynamalıyıq?.. Nəyə görə Laçının 6 kəndinin sakinləri dövlətimizi tanımayan separatçı və terrorçulara görə əziyyət çəkməlidir?..”.
Hafta.az