Qarabağdakı keçmiş separatçı rejimin “komandanı” 5,5 il müddətinə həbs edilibbackend

Qarabağdakı keçmiş separatçı rejimin “komandanı” 5,5 il müddətinə həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Cinayət Məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin “komandanı” Cəlal Arutyunyanı xidməti səhlənkarlıqda təqsirli bilərək 5,5 il müddətinə azadlıqdan məhrum edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

İttiham hökmünə əsasən, Arutyunyan 2020-ci ildə hərbi qulluqçuların ölümünə səbəb olan xidməti səhlənkarlıq törədib. “General”ın vəkilləri əvvəllər bildirmişdilər ki, o, ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilmir.