Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir – Hikmət Hacıyevbackend

Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir – Hikmət Hacıyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında (keçmiş tviter) yazıb.

“Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi buğda ununun istehsal mənşəyinə görə (Azərbaycan) rədd edilməsi qeyri-qanuni marionet rejimin izlədiyi irqçilikdir. Azərbaycan artıq öz torpağında nəzarətsiz zonaya tolerantlıq göstərə bilməz. Qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir”, – deyə şöbə müdiri vurğulayıb.

Qeyd edək ki, bu gün Qarabağdakı erməni separatçılarının lideri Arayik Arutyunyan istefa verdiyini açıqlayıb.