Qarabağdakı rus komandan Papikyana məlumat “təqdim etdi”backend

Qarabağdakı rus komandan Papikyana məlumat “təqdim etdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Andrey Volkov Ermənistan müdafiə naziri Suren Papikyanla görüşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Görüşdə Rusiya səfirliyinin hərbi attaşesi İqor Şerbakov da iştirak edib.

General-mayor Volkov rus sülhməramlılarının məsuliyyət zonasınasındakı vəziyyət və cari məsələlərlə bağlı məlumatları erməni nazirə “təqdim edib”. Tərəflər Rusiya sülhməramlılarının işini yüksək qiymətləndirib və regionda hərbi-siyasi vəziyyətin stabilləşməsində Rusiyanın rolunun yüksək qiymətləndiriblər.

Söhbət zamanı regional təhlükəsizlik məsələləri də müzakirə edilib.

Qeyd edək ki, Volkov Azərbaycan ərazisində yerləşdirilən rus sülhməramlılarının komandanıdır və onun ərazidəki vəziyyətlə bağlı məlumatları Ermənistan müdafiə nazirinə “təqdim etməsi” və yaxud Ermənistan MN-in məlumatı ictimaiyyətə bu cür açıqlaması anlaşılmazdır.
axar.az