Qarabağdakı sülhməramlılar növbəti təlim keçirdilərbackend

Qarabağdakı sülhməramlılar növbəti təlim keçirdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağın rus sülhməramlılarının nəzarətində olan hissəsində təlim keçirilib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur: “Rutin döyüş təlimi təlimi çərçivəsində Dağlıq Qarabağdakı rus sülhməramlıları “Şimal” məsuliyyət zonasındakı müşahidə məntəqələrində mümkün pozuntuların qarşısını almaq və təhlükəsizliyi təmin etmək üçün hərtərəfli təlim keçirib.

Təlim zamanı şəxsi heyət təxribatçı hərəkətlərin qarşısının alınması və müşahidə məntəqəsinə hücumun dəf edilməsi vəzifələrini işləyib hazırlayıb”.

Xatırladaq ki, rus sülhməramlıları Dağlıq Qarabağdakı 27 müşahidə məntəqəsində xidmət edərək bölgədə təhlükəsizliyi təmin edir.

Məsuliyyət zonasındakı vəziyyəti izləməklə yanaşı, Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin şəxsi heyəti mütəmadi olaraq döyüş hazırlığı və təlimlər keçirirlər.