Qarabağdakı sülhməramlılar səs verib – VİDEObackend

Qarabağdakı sülhməramlılar səs verib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlılar Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı vaxtından əvvəl səs veriblər.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Azərbaycandakı Səfirliyi öz “X” hesabında paylaşıb.

Seçki martın 11-13-ü Səfirlik əməkdaşları tərəfindən sülhməramlıların dislokasiya olduğu ərazilərdə səyyar qaydada təşkil edilib.

“Göstərilən yardıma görə Azərbaycan hakimiyyətinə minnətdarlığımızı bildiririk”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 17-də baş tutacaq.