Qarabağdan Qazaxla sərhədə köçürülən ermənilər oranı da tərk etdibackend

Qarabağdan Qazaxla sərhədə köçürülən ermənilər oranı da tərk etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdan Ermənistana köçən, daha sonra Voskeparda (Əskipara – Qazaxın işğalda olan Yuxarı və Aşağı Əskipara ilə qonşu kənd) məskunlaşan iki ailə bu əraziləri də tərk edib.

NOCOMMENT.az Bizim.Media-ya istinadən xəbər verir ki, buna səbəb baş nazir Nikol Paşinyanın müharibə ilə bağlı verdiyi bəyanatdır.

Bu xəbəri Tavuş vilayətində “Voskepar icması”nın administrasiyasının rəhbəri İşxan Ağbalyan da təsdiqləyib.

“Xəbər doğrudur, onlar başqa yerə köçüblər”, – deyə Ağbalyan qeyd edib.

İcra başçısı digər suallara cavab verməyib.