Qarabağdan sonra Donbasda da… – Ukrayna ilə bağlı ŞOK İDDİAbackend

Qarabağdan sonra Donbasda da… – Ukrayna ilə bağlı ŞOK İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə müdafiə sənayesi sahəsində bir çox razılaşmaya imza atan Ukrayna Rusiya ilə böhrana səbəb olan Donbas bölgəsində hərəkətə keçməyə hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, “Haber7”nin köşə yazarı Taha Dağlı növbəti yazısında “silahlı PUA-ların növbəti hədəfi Donbasdakı rus “Pantşir”lərimi olacaq” sualını qoyub.

Dağlı yazısında Türkiyə istehsalı aparatların Qarabağ, Suriya və Liviyada sərgilədikləri bacarıqlarına diqqət çəkib. Onun fikrincə, bu PUA-lar üstünlüklərindən Donbasdakı “Pantşir” hava hücumundan müdafiə sistemlərinə qarşı istifadə edə bilər.

Rusiyalı mütəxəssis Andrey Kortunovun Ukraynanın türk PUA-ları alıb Donbası vura biləcəyi fikrinə yer verən jurnalist bu açıqlama verildiyi ərəfədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Müdafiə naziri Hulusi Akarın Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş keçirdiyini vurğulayıb.

Qeyd edək ki, “Pantşir”lərdən Suriya və Liviya cəbhələrində də istifadə olunur. T.Dağlının iddiasına görə, bu sistemlərdən Ermənistana da verilib.
Publika.az