Qaraciyər üçün ən təhlükəli qidalarbackend

Qaraciyər üçün ən təhlükəli qidalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaraciyər sağlamlığını qorumaq üçün qidalanmaya fikir vermək və fiziki aktivliyi unutmamaq lazımdır.

NOCOMMENT.az RİA Novostiyə istinadən xəbər verir ki, həkimlərin izah etdiyi kimi, qaraciyərin düzgün işləməsi orqanizm üçün son dərəcə vacibdir: toksinləri çıxarır, fermentləri, protein və qlükozanı sintez edir, vitamin və mineralları qoruyur və digər funksiyaları yerinə yetirir.

Həkimlər alkoqolun qaraciyərin əsas düşməni olduğunu bildirir. Dietoloq Eva Rodrigez həmçinin xəmir və ultra-emal olunmuş qidalardan uzaq durmağı məsləhət görür.

Mütəxəssis qaraciyər sağlamlığı üçün “fast food”dan uzaq durmağı, istifadə olunan şəkər və duzun miqdarına diqqət yetirməyin önəmli olduğunu bildirib. Eləcə də qırmızı ət, qaymaq, kərə yağı, kolbasa, sosiska və digər yağlı qidaların istehlakını azaltmağın lazım olduğunu açıqlayıb.

Rodrigez “adətən qaraciyərin fəaliyyətində problem yarandıqda, bir çox hallarda insan yorğunluq, iştahsızlıq, şişlik, qarın ağrısı,sidik rənginin pozulması, ürək bulanması və ya qusma hallarını yaşamağa başlayır ” fikirlərini söyləyib.

“Qaraciyər sağlamlığını qorumaq istəyirsinizsə siqaretdən və narkotik vasitələrdən imtina etməli, idmanla məşğul olaraq çəkinizə nəzarətdə saxlamalı, qida rasionunuza tərəvəzləri əsasən turp,xren və badımcan əlavə etməlisiniz”