Qaraciyəri öldürən “səssiz qatillər” nədir?backend

Qaraciyəri öldürən “səssiz qatillər” nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəmiyyətdə belə bir səhv mif dolaşır ki, sirroz və qaraciyər xərçəngi ancaq əyyaşlarda, çox içki olanlarda baş verir.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki,məşhur həkim Aleksandr Myasnikov qaraciyəri içkidən çox virusların məhv etdiyini bildirib.

“2 təhlükəli virus – A, B hepatitləri sakit,səssiz qatillərdir.

Onları vaxtında aşkarlayıb müalicə etməsəz, sirroz və xərçəngə kimi gedib çıxa bilər.
Steatohepatoz – həddən artıq çox və nizamsız yeyənlərin simptomudur.

Sirroz təkcə çox içənlərdə yox, çox yeyənlərdə də olur.

Virus hepatiti isə müxtəlif viruslarla qaraciyər toxumasının zədələnməsidir.

Hepatitlərin ümumi əlamətləri:

– Yorulma, əzginlik, iştahsızlıq – hətta yüngül iş görəndə belə əldən, ruhdan düşürlər

– Sarılıq – dəri, göz ağının xarakterik sarı rəng alması

– Qarının, döş qəfəsinin sol küncündə ağrı

– Xüsusən səhərlər ürəkbulanma

– Əzələ və oynaqlarda ağrı

– İshal

– Nəcisin rənginin dəyişməsi