Qaraciyəri təmizləyən qidalarbackend

Qaraciyəri təmizləyən qidalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ən önəmli orqanlardan olan qaraciyərin təmizlənməsində yediyimiz  qidalar mühüm rol oynayır.

NOCOMMENT.az xəbər verir ki, toksinləri atmağımıza kömək edən bəzi qidalar qaraciyərə birbaşa təsir edə bilir.

Antioksidantlarla zəngin olan çiy sarımsaq qaraciyərin yenilənməsində mühüm rol oynayır. Toksinləri bədəndən atmağa kömək edən çiy sarımsaq təbii antibiotik xüsusiyyətinə malikdir.

Qaraciyər yağlanmasına qarşı ən effektli qidalardan biri avakadodur. Omeqa tərkibli avakado qaraciyərin yenilənməsi və hüceyrələrin bərpasına kömək edir.

Sağlıqlı qaraciyər üçün əsas qidalardan biri üzüm və üzüm tumudur. Aparılan araşdırmalardan sonra məlum olub ki, üzüm tumu qaraciyərdə yaranan hasarı bərpa etmək özəlliyinə sahibdir.

Qaraciyərin dostu zəncirotu – natrium, kalium və kalsiumla olduqca zəngindir. Bu bitkidən salatda istifadə edə  və ya ondan çay hazırlaya bilərsiz.

Bundan əlavə qaraciyərinizin qeydinə qalmaq istəyirsinizsə yağlı ət, spirtli içki, qızardılmış qidalar, ət suyu, kofeyinli qidalar, yağlı souslardan uzaq durmalısınız.

Qeyd edək ki, mütəxəssislər sağlıqlı bir qaraciyər üçün hər gen 2-3 litr su içməyi məsləhət görür.