Qaraçöpdən Ordumuza DƏSTƏKbackend

Qaraçöpdən Ordumuza DƏSTƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Qaraçöp mahalında yaşayan soydaşlarımız hər zaman ölkəmizin və xalqımızın yanında olduqlarını bəyan ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən NOCOMMENT.az -a verilən məlumata görə, Vətən müharibəsi aparan Azərbaycan dövlətinə və ordusuna dəstək olaraq, Qaraçöp sakinlərinin təşəbbüsü ilə ölkəmizə 600 başadək xırdabuynuzlu heyvan göndərilib. Sakinlər xırdabuynuzlu heyvanları yük avtomobilləri ilə ölkəmizə yola salıblar.

Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq müxtəlif ölkələrdə yaşayan hər bir soydaşımız fərqli platformalarda dəstək göstərərək, tariximizin şanlı səhifəsini yazan ölkəmizin yanında olduqlarını bəyan edirlər.