Qaraçuxurda avtomobillə digər maşınlara zərər vuran şəxs narkotikin təsiri altında imiş… – TƏFƏRRÜATLAR – VİDEObackend

Qaraçuxurda avtomobillə digər maşınlara zərər vuran şəxs narkotikin təsiri altında imiş… – TƏFƏRRÜATLAR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtomobili əvvəlcə mübahisə etdiyi şəxslərin üzərinə sürür… Sonra isə avtomobili ilə kənarda park edilmiş digər maşınları vurur…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov 28 ünvanında baş verib.

Hadisədən zərərçəkən Tahir Müslimov deyir ki, onun və oğlunun avtomobilinə ciddi ziyan dəyib.

Tahir Müslimovun sözlərinə görə, dəymiş zərərin qarşılanması məqsədi ilə DİN-in 102 çağrı mərkəzinə müraciət edib və şikayət ərizəsini təqdim edib. Lakin müvafiq sənədləri əldə edə bilməməsi, onun sığortaya müraciət etməsinə problem yaradır.

Vətəndaşın üzləşdiyi problemlə əlaqədar DİN-dən bildirildi ki, sürücü barəsində artıq tədbir görülüb və o narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edib.

O da bildirildi ki, vətəndaş sığorta şirkəti ilə əlaqə saxlayıb dəymiş zərərin miqdarını müəyyənləşdirə bilər.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.