Qaradağ rayonunda aprel ayında uçmuş körpü hələ də təmir olunmayıb – VİDEObackend

Qaradağ rayonunda aprel ayında uçmuş körpü hələ də təmir olunmayıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Qaradağ rayonu, Puta və Korköz qəsəbələrinə gedən yolun üzərində yerləşən və aprel ayında bir hissəsi uçmuş körpü hələ də təmir olunmayıb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, mövcud vəziyyət səbəbindən yolda avtomobillərin hərəkəti çətinləşib.

“Xəzər Xəbər”ə müraciət edən sürücülər deyirlər ki, nəqliyyat vasitələri hər iki istiqamətdən eyni anda gələndə, bir-birlərini gözləməli olurlar. Bu isə əsasən sutkanın qaranlıq saatlarında qəza riskini artırır.

Yoldan mütəmadi istifadə edən sürücülər bildirirlər ki, körpüdən əsasən ağırtonnajlı yük avtomobilləri hərəkət edir. Körpünün uçmasına səbəb isə ilin əvvəlində yağan yağışlar olub.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, yaxın günlərdə sözügedən körpünün tam təmir bərpa işlərinin aparılması nəzərdə tutulub. Eləcə də təhlükəsizlik tədbirləri çərçivəsində yol nişanları qoyulacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.