Qaradağda 10 maşın toqquşdu, ölən var – VİDEObackend

Qaradağda 10 maşın toqquşdu, ölən var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Qazax yolunda zəncirvari qəza nəticəsində bir nəfər vəfat edib.

NOCOMMENT xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev qafqazinfo-ya açıqlamasında bildirib ki, səhər saatlarında həmin yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində yük maşını (TIR) idarəetməni itirərək aşıb və yolun kənarına düşüb: “Qəza zamanı bir neçə avtomobil də yük maşını ilə toqquşub.

Ümumilikdə, 10 avtomobilin iştirakı ilə qəza baş verib. İlkin məlumata görə, bir nəfər vəfat edib. Hazırda Bakı-Qazax yolunda avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur, yol açıqdır”.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.