Qaradağda küçə itləri uşağa hücum edib – Videobackend

Qaradağda küçə itləri uşağa hücum edib – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonu Qobu qəsəbəsində azyaşlının itlərin hücumuna məruz qaldığı və ağır xəsarətlər aldığı bildirilir.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. İddia olunur ki, küçə itləri azyaşlı uşağa xəsarətlər yetirib. Görüntülərdə sakinlərin kimisə xalçanın arasında təcili tibbi yardım maşınına doğru apardığı əks olunub.

Hətta videonu çəkən qadın itlərin hücumuna məruz qalan uşağın öldüyünü də iddia edib.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev saytımızın sorğusuna cavab olaraq bildirdi ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır:

“Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək”.

***

DİN-in Mətbuat xidmətindən saytımıza bildirildi ki, araşdırmalar nəticəsində hadisənin Qaradağ rayonu ərazisində qeydə alınması məlum olub:

“Sahibsiz it 2014-cü il təvəllüdlü azyaşlıya hücum edərək ona xəsarət yetirib. Uşaq xəstəxanaya yerləşdirilib”.