Qardaş ölkədən daha bir dəstək: Könüllü həkimlərimiz…backend

Qardaş ölkədən daha bir dəstək: Könüllü həkimlərimiz…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Ali Təhsil Şurası (YÖK) Qarabağ müharibəsi ilə əlaqədar müvəqqəti olaraq ölkələrinə geri dönmək istəyən azərbaycanlı həkimlərə lazımi icazələrin verilməsinin asanlaşdırılmasını tələb edib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, Şura əsgərlərə tibbi yardım göstərilməsinə dəstək məqsədi ilə könüllü olaraq Türkiyədəki Azərbaycan səfirliyinə müraciət edən həkimlərimizin çalışdığı 14 universitetin rektorluğuna məktub göndərib.

Məktubda azərbaycanlı həkimlərin müraciətinə müsbət yanaşılması və onların tələbinin qanunvericilik çərçivəsində qiymətləndirilərək, lazımı tədbirlərin görülməsi istənilib.