Qardaşı arvadını öldürən, görün, kimdir: niyə həbsdə deyil?backend

Qardaşı arvadını öldürən, görün, kimdir: niyə həbsdə deyil?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 9-da saat 12:30 radələrində Sumqayıt şəhəri ərazisində 2001-ci il təvəllüdlü Cəmilə Mirzəcanova qaynı 1998-ci il təvəllüdlü İsrail Rəsulov tərəfindən kəsici-deşici alətlə qətlə yetirilib.

NOCOMMENT.az Axar.az-a istinadən xəbər verir ki, İsrail Rəsulov bir müddət öncə də cinayət əməli törətmişdi.

Belə ki, ötən ilin oktyabr ayında İsrail Rəsulov qardaşı, 1993-cü il təvəllüdlü Xəyyam Rəsulovla birgə Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Elməddin Şiralı oğlu Ağayevi bıçaqlamışdı. 10 aydan sonra onun qardaşı arvadını (çox güman ki, Xəyyam Rəsulovun – red.) öldürməsinə səbəb kimi ailə-məişət problemi olması ehtimalı ortaya çıxır.

Ancaq adam bıçaqlayan İ.Rəsulovun 10 aydan sonra azadlıqda olması diqqət çəkir. Onun barədə yayılan məlumatda isə “əvvəllər məhkum olunmuş” ifadəsindən istifadə edilməyib. Bu isə o deməkdir ki, İ.Rəsulov məhkum olunmayıb və ya ötənilki bıçaqlama hadisəsində bəraət alıb.