Qardaşını buna görə transformatora salıb öldürübmüş…backend

Qardaşını buna görə transformatora salıb öldürübmüş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə tanışı, 1988-ci il təvəllüdlü Fuad Mehdiyevlə (şərti) birləşərək qardaşı Seymur Vəliyevi (şərti) öldürən 1984-cü il təvəllüdlü İmran Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə 18 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda baş verib. Belə ki, İmran dostu Fuadla qabaqcadan əlbir olaraq Hacallı kəndi ərazisindəki subartezian quyusunun yanında Seymur Vəliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, daha sonra sonuncunun ölmədiyini görüb onu transformatorun içərisinə salaraq qəsdən öldürüblər.

Hadisənin baş verməsinə isə qısqanclıq səbəb olub. Bu barədə İ.Həsənov özü məhkəmədə ifadəsində bildirib. O qeyd edib ki, ötən ilin fevralında S.Vəliyev onun arvadı ilə cinsi əlaqədə olub və bunu gözləri ilə görüb. Hadisədən sonra İmran arvadı ilə boşanıb. Bundan sonra İ.Həsənovun qardaşı Seymurla münasibəti kəskinləşib, hətta Seymuru döyərək ona xəsarət yetirib.