Qardaşını öldürdü, arvadını yaraladıbackend

Qardaşını öldürdü, arvadını yaraladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saatlı rayonunda qardaşını öldürən şəxs saxlanılıb.

Rayon prokurorluğundan NOCOMMENT-ə verilən məlumata görə, dekabrın 28-də rayonun Qırağlı kənd sakini 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyevə bıçaqla xəsarət yetirilməsi və həmin gün xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Arif Əliyevin aralarında yaranmış mübahisə zamanı Abdulrəhman Əliyevin sağ kürək nahiyəsindən bıçaqla xəsarət yetirməsinə, həmçinin həmin vaxt onları ayırmağa cəhd edən sonuncunun arvadı Arzu Əliyevanın sağ bilək nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Arif Əliyev tutularaq istintaqa cəlb olunub. İş üzrə istintaq tədbirləri davam etdirilir.