Qardaşını qəzada itirən aparıcı efirdən imtina etdibackend

Qardaşını qəzada itirən aparıcı efirdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATV-nin aparıcısı Vüsalə Əlizadə bir müddət efirə çıxmayacaq.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, aparıcının qardaşı, Dövlət Sərhəd Xidmətinin zabiti faciəvi şəkildə vəfat edib.

DSX-nin Sahil Mühafizəsinin Cənub regional şöbəsinin əməkdaşı, baş leytenant Əlihüseyn Əlizadə Astaradan Lənkərana gələrkən, rayonun Dəhnə kəndi ərazisində qəzaya düşüb.

Aparıcı hüzrlə bağlı aparıcısı olduğu “7 Canlı” proqramına çıxmayacaq.