Qardaşlara məxsus “KENAN SHIN” şirkətinin yarım milyondan çox vergi varbackend

Qardaşlara məxsus “KENAN SHIN” şirkətinin yarım milyondan çox vergi var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki qardaşa məxsus şirkətin yarım milyondan çox vergi borcu yaranıb.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, “KENAN SHIN” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 625.569,29 manat vergi borcu var.

Şirkət İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsini məhkəməyə verib.

İşə Bakı Apellyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyi ilə baxılacaq.

Şirkətin qanuni təmsilçisi Dadaşov Azər Mətləb oğlu olsa da, direktoru onun qardaşı Dadaşov Hamlet Mətləb oğludur.