Gəncə Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elpərəs İbrahimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 17-nə təyin edilib.
Xatırlatma: Gəncə Hərbi Məhkəməsinin hökmü ilə E.İbrahimov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə 2023-cü ilin may ayında Gədəbəy rayonunda baş verib.
Belə ki, rayonun Novosaratovka kəndində kafedə kütləvi davada rayon sakinləri – 1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı, 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü E.İbrahimov şəxsi münasibətlər zəminində mübahisə edərək bir-birlərinə bıçaq xəsarətləri yetiriblər.
Nəticədə Teymur Tapdıqov ölüb, xəsarət alan digər 2 nəfər isə xəstəxanaya yerləşdiriliblər.